Türkiyədə koronavirusla bağlı son vəziyyət

REGİON 24 dek 2021, 23:55

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 133 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 356 106 nəfərin test edildiyi, 18 910 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 20 351 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 127 994 715 peyvənd tətbiq edilib ki, bunun 91,47 faizi birinci, 82,75 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top