Putin Azərbaycan atalar sözünü dedi — VİDEO

GÜNDƏM 24 dek 2021, 17:10
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Prezident. Təkrarsız diplomatiya" filmindəki müsahibəsində Azərbaycan atalar sözünü məsəl gətirib.

Demokrat.az xəbər verir ki, Putin müsahibəsində deyib: 

"Rifah, firavanlıq... ölkəsinə, ilk növbədə ona görə ki, mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi öz ölkəsini, Azərbaycan xalqını xöşbəxt görməkdir. Odur ki, ilk növbədə ona həyat məqsədlərini, həyat münasibətlərini reallaşdırmaqda uğurlu olmasını arzulayıram. Əlbəttə ki, rifah, sağlamlıq...

Səhv etmirəmsə Azərbaycan floklorunda belə bir atalar sözü, məsəl var: "Əsl dost əsrlər sonra da dostdur”. 

O, bilməlidir ki, onun Rusiyada da dostları var. 

Ümid edirəm ki, O da bizə, Rusiyaya bu hisslərlə yanaşır. Ona hər şeyin hər şeyin ən yaxşısını arzulayıram və yubley münasibətilə təbrik edirəm!”.
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top