Şoyqu: "Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır"

GÜNDƏM 22 dek 2021, 20:16
"Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır".

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar.

"Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir dənə də olsun ciddi insident baş verməyib”, - Şoyqu deyib./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top