YAP sədrinin müavini: “Azərbaycan sabitlik adasına çevrilib”

GÜNDƏM 21 dek 2021, 10:27
“Ölkəmizin tarixi nailliyyətlər qazanması daxili və xarici siyasətin həyata keçirilməsi nəticəsində mümkün olub”.

Demokrat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın dinamik, inamlı inkişafı Heydər Əliyev siyasətini müstəqil müstəvidə davam etdirən İlham Əliyevin adı ilə bağlıdır: “İlham Əliyevin rəhbərlik etdiyi son 18 ildə Azərbaycan dünyanın diqqətini cəlb edib. Azərbaycan onun liderliyi ilə sabitlik adasına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı isə iqtidar-xalq birliyidir”.

T.Budaqov vurğulayıb ki, Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın bölgədə və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb.

YAP sədrinin müavini bildirib ki, Azərbaycanın hərbi gücünün artması, beynəlxalq mövqeyinin güclənməsi ərazi bütövlüyümüz bərpasında həlledici yer tutub: “Vətən müharibəsi təkcə tarixi ədalətin bərpası deyil, Qafqaz regionunda yeni reallığın yaranmasına səbəb olub. Zəngəzur dəhlizinin açılması gələcəkdə Cənubi Qafqazın işbirliyi məkanına çevrilməsi deməkdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top