Nazir: “EdTech Startap” layihəsi Təhsil Nazirliyi tərəfindən atılan yeni addımdır”

SOSİAL 21 dek 2021, 00:10
“Bu gün “EdTech Startap” müsabiqəsinin qalibləri və qalib komandaların mentorları ilə görüşdük. Bu layihə tələbələr arasında innovativ təşəbbüskarlığın təşviqi və ideyaların dəstəklənməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan yeni addımdır”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayev özünün “Twitter” hesabında yazıb.

“Görüş zamanı tələbələrin diqqətçəkən yanaşmaları, rəqəmsal təhsil alətləri və innovativ həll yollarının müzakirəsi maraqlı fikir mübadiləsinin yaranmasına səbəb oldu”, - deyə nazir əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top