Xırdalanda yaşayış binasında yanğın oldu, 10 nəfər təxliyə olundu

HADİSƏ 19 dek 2021, 22:01
Abşeron rayonunun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin yeddinci mərtəbəsində yığılan məişət tullantıları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top