Ağdaşda qaz xəttində yanğın olub, bir nəfər yanıq xəsarəti alıb

SOSİAL 19 dek 2021, 21:30

Ağdaş şəhərində diametri 120 mm olan qaz xəttindən sızan məişət qazı və yaxınlıqda ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları bir m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top