Çavuşoğlu: “Azərbaycanla birlikdə hərəkətə davam edəcəyik”

XARİCİ SİYASƏT 19 dek 2021, 11:06
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.

Bu barədə Demokrat.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğuladılar.

Tərəflər, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə etdilər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə etdilər.

Görüş zamanı Nazirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə etdilər.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardılar.

X X X

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri özünün tviterdəki səhifəsində yazıb.

"İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri Can qardaşım Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik", - Mövlud Çavuşoğlu qeyd edib.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top