“Bu xəritələrdə Azərbaycanın mütləq uduşlu çıxması mümkündür”— AÇIQLAMA

GÜNDƏM 17 dek 2021, 19:07
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün İrəvana 1974-cü ildə hazırlanmış xəritə ilə işləməyi təklif edib.

Bu barədə Ermənistanın hakim partiyası olan “Vətəndaş sazişi”ndən deputat seçilmiş Arman Eqoyan bildirib. Deputat deyib ki, İrəvan delimitasiya üçün Ermənistan SSR və Azərbaycan SSR-nin təsdiq etdiyi 1926-cı il xəritəsinə üstünlük verir.Bəs, bu xəritələrdən hansı Azərbaycan üçün önəmlidir?

Sualımızı cavablandıran beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan demək olar ki, 1920-ci ildən sonrakı bütün xəritələrdə bir öncəki xəritələrlə müqayisədə torpaq itkiləri ilə üz-üzə qalıb. Ekspert qeyd edib ki, eyni zamanda bu torpaq itkilərinin ciddi şəkildə işğalı müşahidə olunub:

“Hesab edirəm ki, artıq bu məsələlərə ölkə rəhbərliyi tərəfindən ciddi qərar veriləcək. Əvvəla, qeyd edim ki, əgər 1974-cü il xəritəsi əsas götürələcəksə, o zaman 1920-ci illərin sonuna aid olan xəritələr haqqında da bu söhbət getməlidir. Ancaq bütün xəritələri biz götürsək və onlara əsaslansaq, bu xəritələrdə Azərbaycanın mütləq uduşlu çıxması mümkündür. Amma sual doğuran niyə məhz 1974-cü il xəritəsi? Bunu Azərbaycan tərəfindən də heç kim əsaslandırmayıb. Azərbaycanın ona razılıq verib-verməməsi ilə də bağlı biz dəqiq faktları bilmirik. Amma hesab edirəm ki, 70-ci illərdən etibarən bizim itirdiyimiz torpaqların sayı heç də az deyil. Ona görə də, dəqiqləşdirmək lazımdır ki, buna istinad olunacaqmı. Oluncaqsa, o zaman Azərbaycanın ucqar zonalarında Kəlbəcərdə, Gədəbəydə, Qubadlıda, Tovuzda, Qazaxda yaylaq yerlərinin ermənilərə verilməsi prosesinə nə cür münasibət bildiriləcək? Əsas önəmli olan da məhz budur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top