Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı 11 milyonu ötdü

SOSİAL 17 dek 2021, 16:50
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 321 vaksin vurulub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 611 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 20 552 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 017 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 134 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 634 404 nəfər təşkil edir.

Ümumilikdə isə 1 248 508 buster doza vurulub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top