Məktəbdə valideynlərdən pul yığılır? — RƏSMİ AÇIQLAMA

SOSİAL 15 dek 2021, 22:53
Sosial şəbəkələrdə məktəb direktoruna aid olduğu iddia edilən səs yazısı böyük rezonans doğurub. Müəllimlərin votsap qrupunda yayılan səs yazısında direktorun valideynlərdən pul yığmaq tələbi vurğulanıb . Əks halda isə həmin pulun müəllimlər tərəfindən ödəniləcəyi qeyd olunub.

Səs yazısı ilə bağlı açıqlama verən Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva  məsələyə  araşdırmalardan sonra hüquqi qiymət veriləcəyini deyib. . Mehriban Vəliyeva bir müddət əvvəl  282 nömərli məktəbdə intizamsızlıq edən şagirddən də danışıb.

Sosial şəbəkələrdə Bakının Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya aid olduğu iddia olunan səs yazısı yayılıb. Səs yazısında bir neçə sinif rəhbərindən valideyn-müəllim assosiasiyası tərəfindən yığılan üzvlük haqqının toplanması tələb edilir. Onlardan bunu vaxtında icra edə bilməyəcəkləri təqdirdə pulu özlərinin ödəməsi istənilir.

Müəllimlərə bildirilir ki, onlar ödəkiləri pulu sonradan valideynlərdən ala bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva yayılan səs yazısı ilə bağlı açıqlama verib. O qeyd edib ki, hazırda bununla bağlı araşdırmalar aparılır. Mehriban Vəliyeva onu da bildirib ki, Valideyn-Müəllim Assosiasiyaları məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.

Təhsil idarəsinin müdiri Suraxanı rayonu, 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagirdin durumuna da aydınlıq gətirib. Onun sözlərinə görə hazırda həmin şagirdə psixoloji dəstək göstərilir.

Mehriban Vəliyeva orta məktəblərdə yeni il şənliklərinin keçirilib keçirilməyəcəyinə də münasibət bildirib. Təhsil idarəsinin müdiri bildirib ki, bunla bağlı məktəb dirtektorlarına göstəriş verilib.

Mehriban Əliyeva əlavə edib ki, Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub. Hazırda bununla bağlı müzakirələr aparılır. /xəzərxəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top