Putin: "Taksi sürücüsü kimi əlavə pul qazanırdım"

MARAQLI 12 dek 2021, 10:34
Rusiya prezidenti Vladimir Putin 1990-cı illərdə şəxsi sürücü kimi bəzən əlavə pul qazanmalı olduğunu etiraf edib.
 
Demokrat.az xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalında “Müasir tarix” filmindən sitatlar gətirilərkən vurğulanıb.
 
Həmin illərdə ölkənin ağır iqtisadi vəziyyətini təsvir edən teleaparıcı bir çox ixtisaslı mütəxəssislərin çətinliklə çörək qazandığını qeyd edib.
 
"Bəzən taksi sürücüsü kimi əlavə pul qazanmalı olurdum. Bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, bu belə idi", - Putin deyib.
 
Prezident vurğulayıb ki, 1990-cı illərin sonlarında Prezident Administrasiyasından Moskvada işləmək təklifi alanda, başqa iş olmadığına görə onu qəbul etməyə bilməzdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top