Saatlıda avtomobil aşdı, qardaşlar xəsarət aldı

HADİSƏ 07 dek 2021, 23:21
Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sultanabad kəndində qeydə alınıb. Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər - 1998-ci il təvəllüdlü Əliyev Şahsuvar Tofiq oğlu və qardaşı (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ş.Əliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək travması və sol körpücük sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top