17 yaşlı qız dəm qazından zəhərləndi

HADİSƏ 07 dek 2021, 22:16
Bakıda zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü İsmiyeva Şəhanə Elman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top