Yaxın gələcəkdə mediamızın əsas mövzularından biri Zəngəzur dəhlizi olmalıdır

GÜNDƏM 07 dekabr 2021, 15:00
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə MEDİA agentliyi jurnalistlər üçün “Azərbaycanın logistika imkanları: real vəziyyət və perspektivlər” mövzusunda təlim keçirir.

Belə bir təlim həm media nümayəndələri, həm də Baklı Limanı üçün əhəmiyyətlidir, xüsusilə Zəngəzur dəhlizinin Azərbaycan və bölgə üçün perspektivləri fonunda.

Bu, Bakı Limanının MEDİA agentliyi ilə ilk sahəvi təlimidir. Sahəvi təlimlərin keçirilməsi jurnalistikada ixtisaslaşma məsələsi üçün də vacibdir. 

MEDİA-nın bu addımının medianın gələcək inkişaf istiqaməti baxımından əhəmiyyətli hesab edə bilərik.

Bu cür təlimin məhz Bakı Limanı ilə keçirilməsi isə təsadüfi deyil. Çünki Vətən müharibəsində əldə etdiyimiz qələbənin əsas nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Türkiyədən Mərkəzi Asiyaya qədər ərazidə böyük nəqliyyat şəbəkəsini birləşdirir, o cümlədən, bütün region ölkələrinə iqtisadi dividentlər vəd edir. 

Zəngəzur dəhlizinin açılması ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da təkcə regionda yox, bütövlükdə Avrasiyada əhəmiyyəti daha da artacaq. 

Bu perspektivlərdə yaxın gələcəkdə medianın əsas mövzularından birinin də məhz beynəlxalq yük daşımaları, bu daşımalarda Azərbaycanın oynadığı rol olacaq. Belə bir perspektivi öncədən görmək və bu istiqamətin mediada ixtisaslaşdırılması ilə bağlı təlim keçirmək alqışlanan addımdır…

Bir 10 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 2 nəfər şəkili ola bilər
Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top