Bakıda dörd avtomobil zəncirvari qəzaya uğradı

HADİSƏ 07 dek 2021, 00:26
Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

Hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, bu zaman eyni istiqamətdə hərəkətdə olan “BMW”, “Hyundai” və “Mercedes” markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. /apa

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top