Gədəbəydə koronavirusa yoluxan sabiq polis işçisi niyə cəzalandırıldı? — Təfərrüat

HADİSƏ 06 dek 2021, 12:03
Gədəbəy rayonunda sabiq polis işçisi, 1981-ci il təvəllüdlü Asəf Mehvalıyev koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Asəf 20 noyabr 2020-ci ildə Gədəbəy rayon mərkəzi xəstəxanasının  inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz verib. 

Həmin tarixdə onun istifadəsində olan mobil telefon nömrəsinə “COVİD-19” virusu ilə bağlı verdiyiniz testin nəticəsi pozitiv olması barədə məlumat verilib, özü və ailə üzvləriniz yaşayış yerini tərk etməməsi, karantin rejimini pozuduğunuz təqdirdə İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib. 

Bundan sonra Asəf noyabrın 22-dən 27-dək Şəmkir rayon mərkəzi xəstəxanasında stasionar müalicədə olub və evə buraxılıb. Ona yazılı şəkildə evdən çıxmaması izah edilib. 

Buna baxmayaraq, Asəf noyabrın 30-da, saat 09 radələrində özünə məxsus “Chevrolet-Niva” markalı avtomobillə Səbətkeçməz kəndində yerləşən yaşadığı evi tərk edib, müayinə olunmaq məqsədilə Şəmkir şəhəri, S.Vurğun küçəsində özünə məxsus avtomaşını saxlayıb, tanımadığı taksi ilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinin həkiminin yanına gedib. 

Orada torakal kompyuter tomoqrafiya müayinəsindən keçib və yenidən həmin taksi ilə maşınını saxladığı ünvana qayıdıb. O, qeyd edilən ünvanda yerləşən “Zəfəran” Aptekinə daxil olaraq oradan tibbi ləvazimatlar alaraq yenidən Səbətkeçməz kəndində yerləşən evinə qayıdıb. 

İstintaq orqanı tərəfindən Asəfin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2001-ci ildən 2011-ci ilədək daxili işlər  rqanlarında xidmət edib: “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm və aldığı travma səbəbindən əlilik dərəcəsi ilə təqaüdə göndərilmişəm. Hazırda təqaüd almaqla heç bir yerdə işləmirəm. Koronavirus pandemiyası dövründə səhhətimdə narahatçılıq hiss etməyim səbəbindən atamla birlikdə Gədəbəy rayon mərkəzi polikilinikasında Covid-19 testi verdim. Testin nəticələri həmin gün axşam saatlarında bilindi. Test nəticələrindən aydın oldu ki, mən və atam Covid-19 virusuna yoluxmuşuq. Virusa necə və nə vaxt yoluxduğumuzu bilmirik”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin gün axşam saatlarında onun mobil nömrəsinə atası və onun virusa yoluxmaları haqqında bildiriş SMS-i gəlib: “Bundan sonra həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdik, xəstəxanaya yerləşdirilməyimizi xahiş etdik. Biz virusa yoluxduqdan 3 gün sonra yaşadığımız ünvandan təcili yardım maşını ilə Şəmkir rayon çərkəzi Xəstəxanasına yerləşdirildik. Həmin xəstəxanada atamın və məni Aybəniz adlı həkim müalicə etdi”.

Asəf deyib ki, noyabrın 22-dən 27-dək beş gün müddətində həmin xəstəxanada müalicə alıblar: “Müalicənin yaxşı keçdiyindən bizi evə göndərdilər ki, artıq sağalmısınız. Evə buraxıldıqda formaya qol çəkdirdi, müalicə almağımız barədə arayış verdilər. Evə buraxılarkən həkim mobil telefon nömrəsini verdi, səhhətimizdə narahatçılq olduğu halda əlaqə saxlamağımızı bildirdi. Bundan başqa həmin gün həkim bizim kompyuter tomaqrafiyasından keçməli olduğumuzu dedi. Qeyri-iş günü olduğundan Şəmkir rayonunda yerləşən Hərbi Hospitalda tomaqrafiya şöbəsi işləmədi. Ona görə də həkim iş günü, yəni noyabrın 30-da Kompyuter Tomaqrtafiyasından keçməyimi məsləhət gördü. Həmin gün evimizə gəldik”.

Asifənin ifadəsinə görə, noyabrın 30-da Aybəniz həkimlə əlaqə saxlayıb və kompyuter tomaqrafiyasının işləyib-işləməməsini soruşub: 

“Soruşdum ki, gəlib “KT” etdirim. Həkim mənə gələrək Kompyuter Tomaqrafiyasından keçə biləcəyimi dedi. Öz şəxsi avtomobilim ilə Şəmkir rayonuna getdim. Şəmkir rayonu, Hərbi Hospitalın yerləşdiyi yeri tanımamağım səbəbindən maşını Şəmkir şəhəri, S.Vurğun küçəsində saxladım, tanımadığım VAZ- 2106 markalı avtomobil ilə Hospitala getdim. Hospitalda tanımadığım kişi həkim “KT” müayinəsinə saldı, ciyərlərimin təmiz olduğunu və heç bir xəstəliyimin olmadığını bildirdi. Müayinənin nəticəsi haqında mənə müavfiq sənədlər təqdim etdi. Həmin taksi ilə də qayıdaraq maşınımı saxladığım yerə gəldim və oradan yenidən Aybəniz həkimin mobil nömrəsinə zəng vurdum, müayinənin nəticələri haqında ona məlumat verdim. Aybəniz həkim müalicəyə ehtiyac olmadığını və heç bir xəstəliyimin olmadığı üçün evə getməli olduğumu  bildirdi. Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Zəfəran Aptekdən” ev üçün lazım olan yod, pambıq və spirt aldım, şəxi maşınım ilə evimizə qayıtdım”. 

Asəf bildirib ki, Şəmkir rayonu ərazisində hərəkət edərkən tibbi maskadan və tibbi əlcəklərdən istifadə edib: “Heç kəslə ünsiyyətdə olmamışam. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb. 

Asəfə 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top