Britaniyada “COVID”-in müalicəsi üçün yeni dərmandan istifadə ediləcək

DÜNYA 05 dek 2021, 23:59
Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı “Lagevrio”) geniş tətbiqinə başlanılacaq.

Ölkə mətbuatının yaydığı xəbərə görə, onun xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır.

Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, molnupiravir ABŞ-ın “Merck və Ridgeback Biotherapeutics” şirkətləri tərəfindən hazırlanıb.

Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top