Mənzildən kişi meyiti tapıldı

SOSİAL 05 dek 2021, 23:45
Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Poqorelov Oleq Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top