Çində sürücüsüz avtobuslar istifadəyə verilib

DÜNYA 05 dek 2021, 22:30
Çinin texnologiya nəhəngi “Baidu” şirkəti tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom texnologiya ilə təchiz edilmiş 3 sərnişin avtobusu ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində sınaq fəaliyyətinə başlayıb.

Qeyd edilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Dayanacaqlarda özü dayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Şirkətin Çonqinq şəhərində yerləşən avtonom idarəetmə bölməsi üzrə təhlükəsizlik şöbəsinin rəhbəri Zanq Şanqui hazırda Çonqinqlə yanaşı, Quançjou, Cançjou və digər şəhərlərdə də sürücüsüz avtobusların işlədiyini deyib.

“Çonqinq kommersiya əməliyyatları həyata keçirilən ilk şəhərlərdən biridir. Avtobuslardan istifadə etmək istəyənlər ödənişlərini smart kartlarından və ya “Baidu” tərəfindən hazırlanmış gediş kartlarlardan istifadə edərək ictimai nəqliyyat vasitələrinə minə bilərlər”, - şirkət rəsmisi qeyd edib./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top