Ucarda ana və iki övladını avtomobil vurdu

HADİSƏ 05 dek 2021, 20:30
Ucarda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“99 LN 502” dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri - 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları, 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top