Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilər

HƏRBİ 05 dek 2021, 19:30
Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Hürkuş” təlim təyyarəsi ilə maraqlanır.

Bu barədə Türkiyə mediası ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirə istinadən məlumat yayıb.

O, bildirib ki, hazırda rəhbərlik etdiyi qurum “TCG Anadolu” amfibiya hücum gəmisinin qarşıdan gələn il ərzində istifadəyə verilməsinə çalışır.

“Gəmiyə silahlı və silahsız PUA-ların yerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı məsələləri müzakirə edəcəyik”, - deyə İsmayıl Dəmir bildirib./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top