XİN rəsmisi gəncləri Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib

GÜNDƏM 05 dek 2021, 16:15
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

 XİN rəsmisi bu barədə özünün tviterdəki hesabında paylaşım edib.

“Xeyirxah, vətənpərvər, savadlı, mənəvi zəngin Azərbaycan Könüllülərini Beynəlxalq Könüllülər Günündə təbrik edir, nəcib missiyalarında müvəffəqiyyətlər arzulayırıq. Diplomatiya könüllüləri də daxil olmaqla, bütün könüllülər fəxrimizdir!”, - deyə Leyla Abdullayeva yazıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top