Gəncədə hamilə qadın dərmandan zəhərlənib

SOSİAL 05 dek 2021, 12:30
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə şəhərin Totanlı adlanan yaşayış massivində baş verib.

1991-ci il təvəllüdlü Z.Ələkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, qadın özü bilərəkdən dərman içib. Səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top