İranın nüvə proqramına dair danışıqlar gələn həftə davam edəcək

KRİMİNAL 04 dek 2021, 19:07
İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dair Vyanada aparılan danışıqlar gələn həftə davam edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov jurnalistlərə bildirib.

Xatırladaq ki, İranın irəli sürdüyü tələblərin Almaniya, Fransa, Böyük Britaniya tərəfindən narazılıqla qarşılanması səbəbindən dünən danışıqlar dayandırılıb. Belə ki, Avropa rəsmilərinin 70-80 faizi razılaşdırılmış hesab etdikləri mətndə İran nümayəndə heyəti tərəfindən əhəmiyyətli dəyişikliklər təklifi irəli sürüldüyü bildirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top