Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi — FOTO

MƏDƏNİYYƏT 04 dek 2021, 16:18
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.

Demokrat.az xəbər verir ki, “İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva koronavirusdan dünyasını dəyişib.

2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilən Gülnar Əliyeva 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.

Allah rəhmət eləsin!

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top