Xanım sərnişini çaya dəvət edən taksi sürücüsünün ÜZR VİDEOSU

SOSİAL 03 dek 2021, 23:40
Bu gün Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub. 

Sürücü əməlindən peşman olduğunu deyib.

“İdarə etdiyim "Mercedes" markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Bu gün Günəşli qəsəbəsində avtomobilimə müştəri kimi oturan xanıma birlikdə istirahət etməyi təklif etmişəm. Əməlimə görə peşmanam” – deyə, o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top