Prokuror Saakaşvilidən Klinton üçün aldığı çay və limonun çekini tələb etdi — FOTO

REGİON 03 dek 2021, 20:35
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsində prokuror Batumidə ABŞ dövlət katibi Hillari Klintona verilən ziyafət zamanı ödəniş çekini tələb edib. 

Bu barədə M.Saakaşvilinin vəkilləri məlumat yayıb .

“Prokuror Hillar Klinton üçün alınmış Red Bull içkisinin ödəniş qəbzini tələb edir”-deyə məlumatda bildirlir.

Sabiq prezidentin sosial şəbəkədəki səhifəsində cinayət işinə tikilmiş həmin çekin fotosu da yayılıb. Bu çek 5 iyun 2012-ci il tarixinə aiddir. Həmin tarixdə Gürcüstan prezidenti Saakaşvili ABŞ dövlət katibi Hillari Klintonun rəhbərlik etdiyi nümayəndə heyətini Batumidə qəbul edib. “Çay 3 lari, limon 2 lari, qoz və enerji içkisi- Bu sabiq prezidentə qarşı qaldırılmış cinayət işindəki çeklərdən biridir”-deyə foto şərhdə vurğulanır.

azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top