“Əli Əliyev partiyanı diktator kimi idarə edir” — VİP-dən yeni İSTEFALAR

GÜNDƏM 03 dek 2021, 16:50
Son günlərdə gündəmdə qalmağı bacaran, cəmiyyət arasında “V.İ.P” adlandırılan qurumun - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barəsində qalmaqallar yenə də davam etməkdədir. Belə ki, ötən günlərdə KİV-lərdə İranda müxtəlif şəxslərlə görüşünün əks olunduğu foto-şəkillər yayımlandıqdan sonra Əli Əliyevin partiya daxilində özünə kiçik bir dünya qurması və özünü “imperator” elan etməsi kimi məlumatlar yayılmış, keçmiş müavini Əliar Şirməmmədov sərt bəyanatla partiyadan istefa vermiş, mətbuata verdiyi açıqlamada sədr Əli Əliyevin partiyanı diktator kimi idarə etdiyini, partiya üzvlərini sıxışdırdığını bəyan etmişdir. 

VİP sədri Əli Əliyev çıxışlarında Əliyar Şirməmmədovun partiyadan çıxmasına münasibət bildirən zaman “VİP”-də sadəcə bir nəfər narazı şəxsin olduğunu və onun da istefa verdiyini, partiyada vəziyyətin qaydasında olduğunu açıqlamışdır. Lakin belə olmadı. Belə ki, redaksiyamıza daxil olmuş məlumata əsasən, partiyanın Nizami rayon təşkilatının sədri Bəşir Əhmədov və Masallı rayon təşkilatının üzvü Mahir Hüseynov partiyadan bəyanatla istefa vermişdir. Həmin bəyanatlarda sədr Əli Əliyevin partiyada “diktatura” rejimi formalaşdırdığı, qurumu “tiran” kimi idarə etdiyi, sədrin öz yaxın adamları istisna olmaqla digər üzvlərə güvənməməsi, həmin şəxslərin partiyada rəhbər vəzifəyə təyin olunmasının qarşısını alması, özünə yaxın bildiyi və layiq olmayan şəxsləri vəzifələrə təyin etməsi qeyd olunmuş, eyni zamanda son günlərdə mediada yayımlanan həqiqətlərin əks olunduğu xəbərlərlə bağlı yalan bəyanatlar hazırlanaraq, sosial şəbəkələrdə yayılması istiqamətində üzvlərin sıxışdırıldığı, haqq sözünü deyənləri müdafiə edən üzvlərin sərt şəkildə sədr Əli Əliyev və onun qrupu tərəfindən təzyiqlərə məruz qaldığı, daxildəki ədalətsizliklərə və özbaşınalıqlara etiraz edən üzvlərin müxtəlif yollarla susdurulması, partiyanın faktiki fəaliyyətinin qruplarda boş və mənasız söhbətlərin edilməsi və efirlərdə hər dəfə eyni sözlərin deyilməsindən ibarət olması vurğulanmışdır.

Son zamanlarda cəmiyyət arasında “V.İ.P” adı ilə tanınan və ya tanınmayan bu kiçik qrupla bağlı mediada yayımlanan informasiyalar deməyə əsas verir ki, sədr Əli Əliyev yaratdığı təşkilatda özünü nəinki bəyənmədiyi bəzi məmurlar kimi aparmış, hətta partiya üzvlərini açıq şəkildə sıxışdırmaqla bir növ özünün “tiran” olmasına funksionerləri inandırmağa çalışır. Yazılanlardan aydın olur ki, partiyaya üzv olan şəxslər Əli Əliyevin vəzifə ehtirasının qurbanına çevrilmiş, vəziyyətdən çıxış yolunu isə partiyadan istefa verməkdə tapmışlar. 

Həmin bəyanatları və müvafiq şəxslərin partiya biletlərini təqdim edirik:

No description available.
No description available.

Fuad
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top