Paşinyan parlamentdə Azərbaycanla imzalanacaq sənədi müzakirə etdi — Moskva görüşü niyə yarımçıq saxlanıldı?

REGİON 03 dek 2021, 13:51
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin dekabrın 1-də yarımçıq saxlanmış üçtərəfli qrupunun iclasından sonra dünən “Vətəndaş sazişi”nin parlament fraksiyası baş nazir Paşinyanın və müdafiə naziri Suren Papikyanın iştirakı ilə toplantı  keçirilib.

Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, iclasın ruhundan belə anlaşılıb ki, Bakı ilə imzalanacaq növbəti sənəd hazırlanır.

İclasda çıxış edən baş nazir Nikol Paşinyan bir sıra məsələlərlə bağlı birgə qərarlar qəbul etməyin vacibliyini qeyd edib. “Bu qərarlar Baş nazirin müavini Mqer Qriqoryan tərəfindən yaxın zamanda keçiriləcək üçtərəfli işçi qrupun kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparan komissiyasına təqdim ediləcək”.

Üçtərəfli sənədi Mqer Qriqoryanın və müdafiə naziri Suren Papikyanın imzalayacağı nəzərdə tutulub.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top