Corc Dik: “İsrail ilə Azərbaycan arasında strateji münasibətlər var”

XARİCİ SİYASƏT 02 dek 2021, 17:23
"İsrail ilə Azərbaycan arasında 30 ildir qurulmuş diplomatik münasibətlər dövründə strateji əlaqələr bərqərar olub".

Demokrat.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında bildirib.

O, iki ölkə arasında dərin tarixi köklərə söykənən münasibətlər, xüsusilə də son iki ildə bir sıra çətin sınaqlardan keçib: “Azəırbaycanla münasibətlərimiz 44 günlük müharibə vaxtında sınaqdan keçdi”.

Səfir həmçinin ölkələrimiz arasında səhiyyə və sair sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini də dilə gətirib.

30 il bundan əvvəl Azərbaycanı ilk tanıyanlardan biri olduqlarını vurğulayan İsrail səfiri ikitərəfli münasibətlərin uzaq keçmişə söykəndiyini, Azərbaycanda müsəlman ölkələrinin ən böyük yəhudi icmasının yaşadığını diqqətə çatdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top