Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri Moskvada görüşüb — İşçi Qrupun iclası niyə təxirə salınıb?

XARİCİ SİYASƏT 02 dek 2021, 12:34
Dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli İşçi qrupunun iclası keçirilib. 

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın aparatı məlumat verib.

“İclas dünən işinə başlayıb, amma yekunlaşmayıb. Hazırda növbəti görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur“-deyə ofisdən bildiriblər.

Üçtərəfli görüşün növbəti iclası yaxın günlərdə işini davam etdirəcək.

Nəticələrlə bağlı yalnız iclasdan sonra danışmaq olar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top