ICESCO-nun Baş direktoru: “Azərbaycanın mədəniyyət naminə sülh missiyasını dəstəkləməyə hazırıq”

MƏDƏNİYYƏT 02 dek 2021, 11:58
ICESCO-nun Baş direktoru Səlim Məhəmməd Əl-Malik "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunun iştirakçılarına videomüraciət edib.

Demokrat.az xəbər verir ki, o, videomüraciətində mədəniyyətin inkişafı üçün sülhün vacib olduğunu bildirib.

"Bütün tərəfdaşların sülhh naminə sosiallaşmasını dəstəkləyirik. Sülh prosesi hər kəsi bir araya gətirir. Sülh prosesini qorumaq və təşviq etmək çox vacibdir. Bu təşəbbüsləri gənclərin, qadınların və liderlərin cəlb edilməsi baxımından dəstəkləyirik. Bu forumda bir araya gəlib bu mövzuları müzakirə etmək siyasətçilərə dəstək olacaq. Biz Azərbaycanın mədəniyyət naminə sülh missiyasını dəstəkləməyə hazırıq", - Baş direktor deyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top