Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq

XARİCİ SİYASƏT 02 dek 2021, 10:27
GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının 37-ci iclası keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirlər ATƏT Xarici İşlər Nazirləri Şurasının İsveçin paytaxtı Stokholm şəhərində 2-3 dekabr tarixində keçiriləcək 28-ci iclası çərçivəsində bir araya gələcəklər.

Moldova XİN-nin məlumatına əsasən, GUAM XİN başçılarının görüşü bu gün olacaq. Toplantıda təşkilat çərçivəsində əməkdaşlıq dəyərləndiriləcək, növbəti illər üçün təkliflərin müzakirəsi aparılacaq və təşkilata 2022-ci il üçün sədrlik Moldovaya təhvil veriləcək.

Qeyd edək ki, 2021-ci ildə GUAM-a Gürcüstan sədrlik edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top