Keçmiş polisi maşın vurub öldürdü

HADİSƏ 02 dek 2021, 00:25
Hacıqabulda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, qəza nəticəsində piyada aldığı xəsarətlərdən ölüb.

Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 20 radələrində Hacıqabul rayonunda baş verib:

"Rayon sakini Alik Əzizov rayon ərazisində idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən  Şirvan şəhər sakini, piyada Şəhriyar Cəfərovu vurub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən Ş.Cəfərovun həyatını həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır".

Ş.Cəfərovun daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı yayılan məlumat isə təkzib olunub. Onun iki ildən artıqdır ki, daxili işlər orqanlarında xidmət etmədiyi bildirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top