İlqar Mikayıloğlunun şəhid polkovnik Fizuli Cavadovla yazışması — FOTOLAR

GÜNDƏM 01 dek 2021, 18:18
Aparıcı İlqar Mikayıloğlu sosial şəbəkədə yeni paylaşım edib.

Demokrat.az xəbər verir ki, o, feysbuk hesabında ötən gün Dövlət Sərhəd Xidmətinin "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı həlak olan 14 şəhiddən biri polkovnik Fizuli Cavadovla olan yazışmalarını paylaşıb. Mikayıloğlu mərhumla votsap mesajlarının fotosunu yayımlayaraq onunla bağlı xatirələrindən yazıb:

"Bu gün daha bir döyüş dostumu itirdim. Pilot, polkovnik Fizuli Cavadov, şəhid Fizuli. Neçə uçuşda bir yerdə olmuşuq. Vertolyotçular zarafatla mənə "Fizulinin şturmanı" deyirdi.

Müharibədə onun "bort streloku" olacaqdım, sözləşmişdik, amma o, qəza nəticəsində şəhid oldu. Allah qəzada şəhid olan hərbçilərimizə rəhmət etsin. Allahdan yaralılara şəfa diləyirəm".

Qeyd edək ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 nəfər isə xəsarət alıb. Hazırda onlar II Şəhidlər Xiyabanında dəfn olunur.
 

 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top