Fərid Qayıbov bu şəxslərə də vəzifə verdi

İDMAN 01 dek 2021, 13:03
Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.

Nazirliyin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov əmr imzalayıb.

Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.

Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat Xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top