Türkiyə helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

XARİCİ SİYASƏT 30 noy 2021, 14:25
Türkiyə Xarici işlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.

“Azərbaycanın Xızı rayonunda, “Qaraheybət” poliqonunda təlim uçuşu edən hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

X X X

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.


Demokrat.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi tviter hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top