XİN başçısı: “İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər”

XARİCİ SİYASƏT 30 noy 2021, 10:45
“İran və Azərbaycan prezidentlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir”.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian tviter səhifəsində yazıb.

Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşə toxunan nazir bildirib ki, görüşdə tranzit, energetika, turizm, mədəniyyət və başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

“İki ölkə və xalqları qonşuluqdan başqa həm də yaxın qohumdur”, - XİN başçısı vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top