Lionel Messi 7-ci dəfə “Qızıl top” mükafatını qazandı

İDMAN 30 noy 2021, 08:30
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı forvard karyerası ərzində 7-ci dəfə sözügedən titula sahib çıxıb.

Almaniya "Bavariya"sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top