Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirildi

İKT 29 noy 2021, 15:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi birləşdirilib.

Demokrat.az xəbər verir ki, həmin şöbələrin bazasında Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi yaradılıb.

Yeni şöbəyə rəhbərlik Anar Qasımova həvalə edilib. O, indiyə qədər Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri olub. İqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinə rəhbərlik etmiş Rəşad Əzizov isə fəaliyyətini bundan sonra Heydər Əliyev Fondunda davam etdirəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top