Qırğızıstanlı deputat hakimiyyəti ələ keçirməyə cəhd iddiası ilə saxlanılıb

DÜNYA 28 noy 2021, 17:50
Qırğızıstan parlamentinin deputatı hakimiyyəti zorla ələ keçirməyə cəhdlə bağlı saxlanılıb.

Bu barədə yerli “24” xəbər agentliyi respublikanın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı cinayət işinin istintaqı çərçivəsində parlamentin deputatı Bakıtbek Jetigenov saxlanılıb”, - deyə məlumatda bildirilib. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top