Qaxda ər arvadını bıçaqladı

KRİMİNAL 28 noy 2021, 09:30

Hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

1988-ci il təvəllüdlü rayonun Qaxbaş kənd sakini Zümrüd Abdulla qızı Qarcıyeva sol kürək nahiyəsinin kəsilmiş, lakin daxilə nüfuz etməyən xəsarət, sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının və burunun əziyi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 33 yaşlı Z. Qarcıyevanın yaşadığı ünvanda ailə münaqişəsi zəminində əri tərəfindən döyüldüyü və bıçaqla xəsarət yetirdiyi məlum olub. Z. Qaqcıyevanın müalicəsi hazırda xəstəxanada davam etdirilir, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top