“Hraparak”: Paşinyan artıq bir neçə aydır “ağrılı güzəşt”lərə hazırlaşır

GÜNDƏM 27 noy 2021, 23:55
Bu gün Zəngəzurda baş verən hadisələr bəziləri üçün xoşagəlməz sürpriz idi və bəziləri türkün Gorus-Qafan yolunda peyda olacağını ən pis yuxularına belə təsəvvür edə bilməzdilər, lakin Nikol Paşinyanın addımları aydın istiqamət və məntiqə malikdir.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Bunları yan-yana qoyursansa, məlum olur ki, “ağrılı güzəşt”lər yolunda böyük maneələr olmaması üçün hər şey edilib. Bu addımlar arasında Zəngəzurun icma başçılarının həbsi də var. Bundan başqa, yayda, avqustun 13-də hərbçi Jirayr Poğosyan 1-ci ordu korpusunun komandiri vəzifəsindən azad edildi”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, Poğosyanın könüllü şəkildə tutduğu vəzifədən uzaqlaşması üçün Ermənistan hakimiyyəti böyük səylər göstərib./Ordu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top