İsraildə koronavirusun yeni ştammına yoluxma aşkarlanıb

DÜNYA 26 noy 2021, 21:00

İsraildə Malavidən qayıdan vətəndaşda koronavirusun yeni - B.1.1.529 ştammına ilk yoluxma halı aşkarlanıb.

Bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:

“Cənubi Afrikanın bir sıra ölkələrində aşkar edilən (koronavirus) ştammı İsraildə müəyyən edilib. Bu, Malavidən qayıdan vətəndaşdır. Bundan əlavə, xaricdən qayıdanlardan daha iki şəxsdə yoluxma hadisəsi ilə bağlı şübhələr var. Onlar təcrid olununlar və test nəticələrini gözləyirlər”.

Mətbuat xidməti həmçinin əlavə edib ki, yoluxmuş şəxslərin bütün mümkün təmaslarını müəyyən etmək üçün epidemioloji araşdırmalara başlanılıb.

Səhiyyə Nazirliyi qeyd edib ki, “hər üç halda söhbət peyvənd olunmuş xəstələrdən gedir”./oxu.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top