İlham Əliyevlə Putinin görüşünün əhəmiyyəti: Azərbaycan regionda əsas söz sahibinə çevrilib...

GÜNDƏM 26 noy 2021, 17:44
Prezident İlham Əliyev Soçidə ilk olaraq, Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Məlumatlara görə, üçtərəfli görüş daha sonra keçiriləcək. Putinin ilk olaraq Prezident İlham Əliyevlə görüşməsi Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən xəbər verir.

Liderlər açıqlamalarında da münasibətlərə xüsusilə toxundular.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlqələrin inkişaf dinamikasının olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində  maraqlıdır.

İki ölkə arasında bütün istiqamətlərdə - iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf yüksək səviyyədədir. Bununla yanaşı, ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, iqtisasdi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var. Təsadüfi deyil ki, Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır.



İki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası da olduqca yüksəkdir. Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

Görüşdə Prezident İlham Əliyev Qarabağda və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətə də toxundu. Bildirdi ki, 2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Baş verən kiçik insidentlər sistem xarakteri daşımır.

Lakin Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.

Azərbaycan və Rusiya liderlərinin təkbətək görüşü ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsi hesab oluna bilər.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top