İlham Əliyev Putinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına töhfəsini yüksək qiymətləndirdi

XARİCİ SİYASƏT 26 noy 2021, 16:47
"Soçidə keçirilən bugünkü görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işlər müzakirə olunacaq".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə bildirib.

“Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan arasındakı problemlər daha ətraflı müzakirə olunacaq.

Qeyd etməliyəm ki, ötən ilin noyabr ayında Rusiya sülhməramlıları fəaliyyətə başladıqdan sonra arxada qalan 1 il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib: hərbi toqquşmalar, hər hansı ciddi hadisələr qeydə alınmayıb. Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olmayan Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar oldu. Əlbəttə ki, bu bu gün bizi həm də üçtərəfli formatda risklərə necə nəzarət etməyə, onları minimallaşdırmağa, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına daha böyük diqqət ayırmağa vadar edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top