“Qızıl payız” onlayn fotomüsabiqəsinin qalibləri mükafatlandırıldı — FOTOLAR

SOSİAL 26 noy 2021, 15:26
19-25  noyabr  2021-ci il tarixlərində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən "Qızıl payız" adlı onlayn fotomüsabiqə keçirilib.

Demokrat.az xəbər verir ki, fotomüsabiqənin keçirilməsində əsas məqsəd pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviqidir.

Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmələrin yekun nəticəsinə əsasən fotomüsabiqədə III yeri şəhər 6 saylı tam orta məktəbinin şagirdi Yaqubova Niga , II yeri Arbatan kənd tam orta məktəbinin şagirdi Ələkbərova Aysun, I yeri isə Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində yaralanmış , şücaətinə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Vətən müharibəsi Qazisi Məmmədov İlqar  qazanıb.

Arbatan kənd tam orta məktəbinin şagirdləri Turabova Türkan, Ələkbərova Şahzadə və şəhər 1 saylı məktəb-liseyin şagirdi Xudaverdiyev Ramin   isə fotomüsabiqənin fərqlənmiş iştirakçıları seçiliblər. 

Bu gün "Qızıl payız"  adlı onlayn fotomüsabiqənin qalibləri və fərqlənmiş iştirakçıları ilə Salyan rayon Gənclər və İdman İdarəsində karantin rejiminin tələblərinə riayət edilməklə  görüş keçirilib. Görüş zamanı Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalibləri təbrik edib və bildirib ki, informasiya aləminin bugünkü çağında məlumatı daha dolğun çatdıran, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Fotomüsabiqənin keçirilməsində də məqsəd foto sənətinin gənclər arasında təbliği, incəsənətin bu növünə gənclərin marağının artırılmasıdır. Sonda  onlayn fotomüsabiqənin  qalibləri və fərqlənmiş iştirakçıları  Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.

Bir təbiət və ağac şəkili ola bilərBir ot, ağac və təbiət şəkili ola bilər
Bir ağac və təbiət şəkili ola bilərBir təbiət, bulud, ağac və toran şəkili ola bilərBir təbiət və ağac şəkili ola bilər
Bir ayaqqabı, ağac və açıq hava şəkili ola bilər
Bir meyvə və təbiət şəkili ola bilərBir təbiət şəkili ola bilərBir ağac və təbiət şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, ayaqqabı və içəridə şəkili ola bilərBir 6 nəfər və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, kostyum və içəridə şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top