Əli Əliyev karantin qaydalarını kobud şəkildə pozdu — CƏRİMƏ OLUNDU

HADİSƏ 26 noy 2021, 12:57
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu üçün polis tərəfindən cərimələnib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Əli Əliyev vaksini olmadan noyabrın 25-də saat 20:00 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsi 7 ünvanında yerləşən "Cıdır" restoranında toy mərasiminə qatılıb. Sözügedən restoranda polis tərəfindən aparılan yoxlama zamanı Əli Əliyevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozması faktı aşkarlanıb.

Nəticədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Əli Əliyev qanunun tələblərinə uyğun olaraq, 200 AZN cərimə olunaraq, restorandan uzaqlaşdırılıb. 

Qeyd edək ki, Əli Əliyev ixtisasca həkimdir. Koronavirusdan qorunmada hər kəsdən əvvəl o insanlara nümunəvi davranış nümayiş etdirməlidir. Təəssüf ki, radikal müxalifətin digər nümayəndələri kimi, Əli Əliyevin də əməli ilə sözləri ziddiyət təşkil edir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top