Türkiyənin Milli Təhlükəsizlik Şurası lirəni və Qafqazı müzakirə edib

REGİON 25 noy 2021, 21:28

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclas 3 saatadək davam edib.

İclasdan sonra yayılan bəyanatda qeyd olunub ki, iclasın əsas müzakirə mövzusu Türkiyənin iqtisadiyyatı olub: “Türkiyə Respublikasının 100-cü ildönümündə hər sahədə olduğu kimi iqtisadiyyat sahəsində də güclənməyə qərar verilib”.

Müzakirə edilən digər məsələ ölkə daxilində və xaricdə terrorla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud vəziyyət olub.

İclasda həmçinin regional məsələlər – Qafqaz, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər barəsində də fikir mübadiləsi aparılıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top